Etibarlı, komfortlu və təhlükəsiz həyat sizə düşündüyünüzdən daha yaxındır. 9 hektarlıq ərazidə inşa edilən “Baku City Residence Olimpik” yaşayış kompleksi “Koroğlu” metrostansiyasına və əsas nəqliyyat qovşaqlarına yaxınlığı ilə seçilir. Kompleks 4 giriş-çıxış yoluna malik, təhlükəsiz, yaşayış məkanından kənar və mənzil sayına uyğun 2 mərtəbəli yeraltı avtodayanacağı ilə sizi parkinq qayğılarından azad edir. Keyfiyyətli tikinti materialları ilə inşa edilən “Baku City Residence Olimpik” sağlam və təhlükəsiz 16 mərtəbəli yaşayış binalarında uzunömürlü və dayanıqlı mənzillər təklif edir. 4,5 hektar sahəni əhatə edən geniş yaşıl ərazi, parklar və Böyük Şor gölünün gözəl mənzərəsi ilə kompleks sizin üçün yaşıllığın əhatəsində həyatı təmin edir. Kompleksə daxil olan açıq havada futbol, basketbol və digər idman meydançaları, velosiped zolağı, eləcə də qapalı fitnes sahəsi sizə və ailə üzvlərinizə sağlam həyat tərzini bəxş edəcək. Burada fəaliyyət göstərəcək məktəb və təhlükəsiz daxili yollar uşaqlarınızın etibarlı və güvənilən gələcəyinin təminatçısıdır. Bakı şəhərinin genişlənmə perspektivlərinə uyğun şəkildə və yaxın gələcəkdə mərkəzə çevriləcək ərazidə inşa edilən kompleks sizə etibarlı və güvənilən daimi investisiya imkanları vəd edir. “Baku City Residence Olimpik” – həyatı dinamik, sürətli və rahat yaşamağı seçənlər üçün İnfrastruktur: • İctimai nəqliyyata yaxınlıq • “Koroğlu” metrostansiyası, • Dərnəgül şossesi, • Heydər Əliyev prospekti, • Beynəlxalq Hava limanına rahat yol • Zəngin idman infrastrukturu • Bakı Olimpiya Stadionu, • Milli Gimnastika Arenası, • “ASK Arena” Əlverişli məkan: • “Bravo” hipermarket, • ASAN Xidmət, • “Yeni Klinika”, • dövlət və özəl məktəb və uşaq bağçaları İstirahət və əyləncə: • Böyükşor bulvarı, • Heydər Əliyev Mərkəzi
Azərbaycanda ən böyük daşınmaz əmlak bazalarından biri olan adelHome saytına daxil olaraq, ən son alqı-satqı və kirayə elanlarını tapmaq mümkündür.
AdelHome istifadəçilər üçün çox rahat interfeys və axtarış funksionallığı ilə seçilir. Bakının müxtəlif rayonlarında satılan mənzillər, evlər, bağ evləri, ofislər, qarajlar, torpaq sahələri və obyektlər barədə ətraflı məlumatı burada əldə edə bilərsiniz.
İstənilən axtarış kriteriyalarını istifadəçi üçün nəzərdə tutulmuş filtrlər vasitəsilə tətbiq edərək, müxtəlif qiymət aralığında və təmir səviyyəsində, şəhərin mərkəzində və ya daha kənar yerlərdə olan daşınmaz əmlakı seçə bilərsiniz.
Azərbaycan daşınmaz əmlakının ən geniş kataloqunu adelHome saytında tapacaqsınız!
Satmaq istədiyiniz əmlakınız varmı? AdelHome saytında elanınızı asanlıqla yerləşdirə bilərsiniz.